İran Avropadakı ABŞ obyektlərinə zərbələr endirməyə HAZIRLAŞIR — Şok plan üzə çıxdıbackend

İran Avropadakı ABŞ obyektlərinə zərbələr endirməyə HAZIRLAŞIR — Şok plan üzə çıxdı

İran ABŞ-ın Avropadakı hərbi obyektlərinə, o cümlədən Bolqarıstan və Cənubi Kiprin ərazilərinə zərbələr endirməyə, həmçinin Hörmüz boğazındakı sualtı optik-lifli kabellərə hücum etməyə hazırlaşır.

KONKRET.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb. Nəşrin əldə etdiyi məlumata görə, belə planlar Donald Tramp tərəfindən hər hansı eskalasiya olacağı təqdirdə cavab tədbiri kimi hazırlanır.

Cənub-Şərqi Avropadakı ABŞ obyektləri prioritet hədəflər kimi nəzərdən keçirilir. Bunların arasında ötən ay ABŞ-ın yanacaqdolduran təyyarələri üçün Sırma avtobazasından istifadə edilməsini təsdiqləyən Bolqarıstan da var. Daha əvvəl pilotsuz uçuş aparatlarının hücumlarına məruz qalmış Kipr də ABŞ kampaniyasının bərpası halında cavab tədbirləri üçün mümkün hədəflər siyahısına daxil edilib.

Bundan başqa, İranın planlarında strateji əhəmiyyət kəsb edən Hörmüz boğazındakı sualtı kommunikasiyaların məhv edilməsi ehtimalı da yer alıb. Bu cür ssenarilərin mövcudluğu Tehranın asimmetrik cavab tədbirlərinə yüksək səviyyədə hazır olduğundan xəbər verir ki, bu da hər hansı sonrakı qarşıdurma zamanı regiondakı vəziyyəti xeyli çətinləşdirə bilər.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*