Qarabağ landromatı hazırda işləmədiyinə görə, İran çətin vəziyyətə düşüb.
KONKRET.az xəbər verir ki, illegal pullar və əmtəə dövriyyəsi vasitəsilə hər il milyardlarla pul Qarabağda saxta adlar və işlər altında yuyulub İrana geri qayıdırdı. Hazırda bu dayanıb. İranı coşduran budur. Embarqolardan yayınmaq üçün alət kimi istifadə edilən işğalçı qruplaşmalar artıq heç bir addım ata bilmir.
Sonrakı məsələ isə işğaldan qurtarılmış yerlərdə yenidən qurma işlərinə İran şirkətlərinin dəvət olunmamasıdır. İranı əsas maraqlandıran və narahat edən isə işğaldan azad edilmiş ərazilərdə İsrail şirkətinin olmasıdır.

Nədənsə cənub qonşumuz hamını özü kimi görmək istəyir. Siz İsraillə düşmənsinizsə, biz də düşmən olmalıyıq? Biz Ermənistanla savaş aparanda siz bizim tərəfimizdə oldunuz?
KONKRET.az
P.S. Bu arada Pakistan quru qoşunları İranla sərhəddə doğru hərəkətə keçiblər.
