İran Azərbaycanla sərhədə ordu cəmləşdirdi, təlimlərə başlayır – SON DƏQİQƏ!backend

İran Azərbaycanla sərhədə ordu cəmləşdirdi, təlimlərə başlayır - SON DƏQİQƏ!

İran Silahlı Qüvvələrinin quru qüvvələri sabahdan etibarən ölkənin şimal-qərb bölgəsində təlimlərə başlayacaq.

KONKRET.az-ın məlumatına görə, bunu İran Quru Qoşunlarının komandanı, general Kyumərs Heydəri bildirib.

Onun sözlərinə görə, “Fatihan Xeybər” adlı təlimlərdə toplar, pilotsuz uçuş təyyarələri, helikopterlər və zirehli texnikalardan istifadə olunacaq.

K. Heydəri deyib ki, hərbi təlimlərin keçirilməsində məqsəd bölgədə İran ordusunun hərbi gücünün artırılmasıdır. Onların neçə gün davam edəcəyi qeyd olunmayıb./apa/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*