İran ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo və ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton da daxil olmaqla, 61 amerikalıya sanksiya tətbiq edib.
KONKRET.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat verib.
Sənədə əsasən, sanksiyalar İranın terror qruplaşması kimi tanıdığı Xalq Mücahidləri Təşkilatına dəstək verdiyi üçün tətbiq edilib.
“Qara siyahı”da ABŞ-ın keçmiş prezidenti Donald Trampın keçmiş vəkili, Nyu Yorkun keçmiş meri Rudolf Culiani, senatorlar Robert Menendez, Ted Kruz, Nümayəndələr Palatasının üzvü Bred Şerman və eləcə də bir sıra hazırkı konqresmenlərin də adlarının daxil edildiyi bildirilib.
