“İran bu addımı atsa, genişmiqyaslı müharibə başlayacaq” – DƏHŞƏTLİ SSENARİbackend

"İran bu addımı atsa, genişmiqyaslı müharibə başlayacaq" - DƏHŞƏTLİ SSENARİ

16.04.2025, 19:00 dərc edilib

***

ABŞ Prezidenti Donald Tramp İranla dialoqa açıq olduğunu bildirib və bu məsələ ilə bağlı Oman sultanı Heysəm bin Tariq Əl Səid ilə telefon danışığı aparıb. Bəs görəsən, Trampın birbaşa olaraq İranın Ali dini lideri Ayətullah Əli Xomenei və ya prezident Pezeşkianla danışıqlar aparması mümkündürmü?

Mövzunu KONKRET.az-a politoloq Züriyyə Ruslanqızı şərh edib:

“ABŞ və İran arasında gərginlik daha da dərinləşir. Proses isə hələ 1979-cu il inqilabından başlayıb. İran və ABŞ münasibətləri hələ o vaxtdan gərgin rejimə keçib. Hətta İrana hücumların reallaşacağı da gündəmə gəlib. Amma bu, hələ baş verməyib. İndi isə Tramp İrandan nüvə danışıqlarının aparılmasını tələb edir. Ancaq rəsmi Tehran bildirir ki, belə bir razılaşmanın daimiliyini qoruyub saxlamaq üçün heç bir qaranti verilməyib.

Yəni Tramp hakimiyyətdən getsə və digər prezident gəlsə, o zaman 2018-ci ildəki kimi ABŞ danışıqları dayandıracaq. Bu baxımdan İran danışıqlardan yayınır və razılaşmaya getməyəcəyini bildirir. Əgər Tehrana qarşı hücumlar başlasa, o zaman İran həqiqətən nüvə silahı əldə edəcək və müvafiq toqquşmada bundan yararlanacaq. Bunu Xomenei deyir. Digər ultimatum isə ondan ibarətdir ki, hücum baş verərsə, ABŞ-ın Yaxın Şərq bazalarına zərbələr endiriləcək. Digər təhdid isə boğazların bağlanması ilə bağlıdır. Bu, baş versə qlobal inflyasiya kəskinləşəcək və genişmiqyaslı müharibə olacaq. Ona görə də, tərəflərin müəyyən yumşalmaya gedəcəyini deyə bilərik”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*