İran dronları Ukraynada məhv edildibackend

İran dronları Ukraynada məhv edildi

Ukrayna Hərbi Hava Qüvvələri ölkənin Nikolayev vilayətinə hücum edən komikadzde dronları məhv etdiyini açıqlayıb.

KONKRET.az xəbər verir ki, İran istehsalı olan 5 ədəd “Shahed-136” kamikadze-dronu Ukrayna ordusu tərəfindən zərərsizləşdirilib.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı məlumatı təsdiqləyib.

Bildirilib ki, ümumilikdə oktyabrın 2-nə keçən gecə işğalçılar 7 “Shahed-136” ilə vilayətə hücuma keçiblər. Onlardan 5-i Odessa zenit-raket briqadası və Xerson zenit-raket briqadasının hərbçiləri tərəfindən zərərsizləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*