İran əsilli siyasətçi Almaniyada vəzifəyə gətirilirbackend

İran əsilli siyasətçi Almaniyada vəzifəyə gətirilir

Sosial Demokratlar Partiyasının sabiq baş katibi və Almaniya parlamentinin hazırkı millət vəkili Yasəmən Fəhimi Almaniya Həmkarlar İttifaqının nəzarəti altında fəaliyyət göstərən müstəqil həmkarlar ittifaqları tərəfindən qurumun növbəti sədri postuna təklif edilib.

KONKRET.az “Azad İran” Telegram kanalına istinadən xəbər verir ki, atası iranlı, anası alman olan Yasəmən Almaniyada bir sıra önəmli postlarda çalışıb.

Qeyd edək ki, İran hökumətinin millətə basqı və təzyiqləri, mollaların insan həyatına hədsiz müdaxilələri, yoxsulluq, kəskin inflyasiya, işsizlik kimi yüzlərlə səbəblər ölkədən beyin axınına səbəb olub. Özəlliklə son vaxtlarda İranda səhiyyə personalından tutmuş məşhur idmançılara qədər yüzlərlə vətəndaşın hökumət basqılarına tab gətirə bilməyərək başqa dövlətlərə sığınmaq məcburiyyətində qalmasına dair mediada xəbərlər yayılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*