İran geri çəkildi: ABŞ-ın təzyiqi çox güclü idibackend

İran geri çəkildi: ABŞ-ın təzyiqi çox güclü idi

İran HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsinə görə İsrailə hücum planlarına yenidən baxa bilər.

KONKRET.az xəbər verir ki, bu barədə “Politico” qəzeti Amerika rəsmilərinə istinadən xəbər verir.

Vəziyyəti ABŞ nümayəndələri şərh edib. Həmin təhlillərə görə, Haniyənin qətli ilə bağlı Tehrandan hər hansı reaksiya gözlənilir. Lakin onlar hesab edirlər ki, İran ilkin planlarına yenidən baxdığı üçün İsrailə hücum yaxın gələcəkdə baş verməyəcək.

ABŞ administrasiyasının iki yüksək rütbəli rəsmisi bildirib ki, Vaşinqton Tehrana kütləvi zərbələrin yalnız gərginliyi daha da artıracağı və tərəflər arasında açıq qarşıdurmaya səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. Rəsmilər qeyd ediblər ki, İran Amerika tərəfinin fikri ilə getdikcə daha çox razılaşır, baxmayaraq ki, əvvəlcə bunu qəbul etməkdən imtina edirdi.

Qeyd edək ki, Yaxın Şərqdə gərginlik Haniyənin ölümündən sonra daha da artıb. Ərəb mətbuatının məlumatına görə, HƏMAS-ın rəhbəri və onun mühafizəçisi gecə saat iki radələrində İsrailin hava qüvvələrinin Tehrandakı iqamətgahlardan birinə endirdiyi zərbə nəticəsində həlak olub. Son illərdə Haniyə Qətər və Türkiyədə yaşayıb və ölümü ərəfəsində Pezeşkiyanın andiçmə mərasimində iştirak edib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*