İran Küveytdə ABŞ hərbçilərini ÖLDÜRDÜbackend

İran Küveytdə ABŞ hərbçilərini ÖLDÜRDÜ

Küveytdə İranın dron zərbəsi nəticəsində altı ABŞ hərbçisinin həlak olduğu bildirilir.

KONKRET.az xəbər verir ki, CBS News-un məlumatına görə, amerikalı hərbçilər Küveytin Şuayba limanında yerləşən taktiki əməliyyat mərkəzinə endirilən İran dron zərbəsi nəticəsində həyatını itirib. ABŞ-ın müdafiə naziri Pit Heqset bildirib ki, bina möhkəmləndirilmiş olub, lakin hava hücumundan müdafiə sistemləri buraxılan bütün obyektləri zərərsizləşdirə bilməyib.

Nazirin sözlərinə görə, hava hücumundan müdafiə sistemləri çoxsaylı hücumların böyük hissəsini məhv etsə də, bəzən bir mərmi müdafiəni yararaq hədəfə çata bilir. O qeyd edib ki, konkret halda həmin mərmi möhkəmləndirilmiş taktiki əməliyyat mərkəzinə düşüb və istifadə olunan silah güclü olub.

Lakin CBS News-a danışan üç ABŞ hərbi rəsmisi fərqli mövqe səsləndirib. Onların sözlərinə görə, sözügedən bina əslində möhkəmləndirilməmişdi və sadəcə ofisə çevrilmiş treylerdən ibarət idi. Bildirilib ki, obyekt yalnız yan tərəflərdən dəmir-beton baryerlərlə qorunurdu və bu müdafiə vasitələri yuxarıdan endirilən zərbənin qarşısını ala bilməyib.

Hadisə ilə bağlı araşdırmaların davam etdiyi qeyd olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*