İran-MAGATE əməkdaşlığı dalana dirənib: “Bu, Vyana danışıqları üçün pis göstəricidir”backend

İran-MAGATE əməkdaşlığı dalana dirənib: "Bu, Vyana danışıqları üçün pis göstəricidir"

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbəri Rafael Qrossi Tehrana səfərini “nəticəsiz” adlandırıb.

KONKRET.az “Azad İran”a istinadən xəbər verir ki, Amerika Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi ilə İran arasında əməkdaşlığın dalana dirənməsinin gələn həftə davam etdiriləcək atom danışıqlarının bərpası üçün yaxşı əlamət olmadığını bildirib.

Noyabrın 23-də İran Atom Enerjisi Mərkəzində yoxlanılmalar keçirilməsi məsələləri ilə bağlı Tehrana səfər edən Qrossi heç bir nailiyyət əldə etmədən Vyanaya qayıdıb.

O, noyabrın 24-də sentrifuqaların ehtiyat hissələrinin istehsalı mərkəzində müşahidə kameraları ilə bağlı İranla razılaşmanın müddətinin başa çatmasına toxuxnaraq, bu ölkə ilə yeni razılaşma əldə edə bilmədiyini deyib.

Bununla bağlı Amerika Xarici İşlər Nazirliyinin sözçülərindən biri Qrossinin Tehrana səfərinin nəticəsindən ümidsiz olduğunu bildirərək deyib ki, İranın Beynəlxalq Ajansla əməkdaşlıq etməməsi onların danışıqlarımızın uğurla başa çatması ilə bağlı nə qədər ciddi olduqlarının pis göstəricisidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*