“İran niyə Ermənistanı müdafiə edir?- Türkiyənin qarşısını almaq üçün” – Livanlı din xadimindən ŞOK AÇIQLAMALARbackend

"İran niyə Ermənistanı müdafiə edir?- Türkiyənin qarşısını almaq üçün" - Livanlı din xadimindən ŞOK AÇIQLAMALAR

Livanın “Hizbullah” silahlı qruplaşmasının qurucularından olan Şeyx Sobhi Tofəyli İranın Qarabağ hadisələrinə münasibəti ilə bağlı qalmaqallı açıqlamaları ilə gündəmə damğa vurub.
KONKRET.az İran mediasına istinadla xəbər verir ki, Livanda Hizbullahın ilk baş katibi olmuş siyasətçi və ruhani Şeyx Tofəyli “Anadolu” agentliyinə müsahibəsində Ermənistanın 1990-cı illərdə Qarabağı işğal etdiyi zaman onun İranda olduğunu və İranın o vaxtkı rəhbərliyinin və mətbuatının Ermənistanı dəstəklədiyini bildirib.

Şeyx Sobhi Tofəyli hətta Ermənistanın o vaxtkı baş nazirinin “Əgər İran olmasaydı, biz 1990-cı illərdə məğlub olardıq” sözlərini xatırladaraq deyib: “İran Azərbaycan torpaqlarının işğal edilməsi üçün Ermənistana hərbi və logistik dəstək verib”.
“O dövrdə İranın xarici işlər naziri Əli Əkbər Vilayəti ilə söhbət etdik. Ondan soruşdum: “Niyə bu məzlum müsəlmanlar qarşısında xristian erməniləri müdafiə edirsiniz? Onun mənə cavabı isə sözün həqiqi mənasında belə oldu: “Ermənistan Azərbaycan, Türkmənistan və Sovet İttifaqından ayrılmış digər türk respublikaları ilə Türkiyə arasında maneədir. Buna görə, biz Türkiyənin qarşısını almaq üçün Ermənistanı müdafiə edərək, onu gücləndirəcəyik. Həmin vaxt Azərbaycan hələ yeni qurulan bir ölkə idi və o vaxt hələ orada İsrail adında bir qüvvə yox idi”, – deyə qeyd edib.

 

Onun sözlərinə görə, 1996-cı ildə hətta İranla İsrail arasında Fələstin ərazisində heç bir israilli əsgərə ziyan vurulmaması öhdəliyi ilə bağlı müqavilə də imzalanıb.

Şeyx habelə İrana səslənib: “Bu gün deyirsiniz ki, İsrailə görə Azərbaycanla probleminiz var. Ancaq bunların hamısı yalandır. İranın yürütdüyü siyasət dürüst deyil, dağıdıcıdır. Buna görə də İranın bir çox siyasətinin hətta özünə belə xeyri olmadığı göz qabağındadır”.

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*