İran parlamenti sədrinin müavini və Ərdəbildən seçilmiş millət vəkili Əli Nikzad Azərbaycan və Türkiyədəki bəzi siyasətçilərin “cürətkarlıqlarına” reaksiyasını bildirib.
KONKRET.az “Arannews”a istinadən xəbər verir ki, Əli Nikzad bu haqda yazıb:
“Bəzilərinə xitabən deyirəm ki, Amerikaya və sionizmə güvənən liderlərin taleyini bilmək üçün bir az müasir tarix oxuyun”.
O qeyd edib:
“Əsla avantürist və macəraçı fikirlərə düşməyin, çünki biz tariximizə və kimliyimizə çox bağlıyıq. Bilin ki, biz azərilər ordusu islam inqilabının ali rəhbərinin əmrindəyik”
Qeyd edək ki, İran rejimi rəsmiləri Ermənistana və Qarabağda qalan erməni separatçılarına göstərdiyi dəstəyi pərdələmək üçün yeni yollara əl atıblar. Tehran, Azərbaycanın bu məsələyə dair suallarına cavab vermək əvəzinə, “nala-mıxa vurmaqla” məşğuldur. “Avantüraya” gəldikdə, İran əvvəlcə yaxşı olardı ki, Yaxın Şərqdə dəstək verib sivil insanları qətliam etdiyi “Hizbullah” kimi onlarla terror təşkilatı barədə dərindən düşünsün./azad iran/
