İran prezidenti Türkmənistana yola düşdübackend

İran prezidenti Türkmənistana yola düşdü

İran prezidenti İbrahim Rəisi Türkmənistana səfər edib.

KONKRET.az-ın məlumatına görə, İ.Rəisi İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) zirvə toplantısında iştirak etmək üçün Tehrandan Aşqabada yola düşüb.

Səfər çərçivəsində İ.Rəisinin İƏT sammitində çıxışı və iştirakçı ölkə prezidentləri ilə görüşləri nəzərdə tutulub. Görüş zamanı iki tərəfli əlaqələrin inkişaf etdirilməsi müzakirə olunacaq.

İ.Rəisi həmçinin Türkmənistanda yaşayan iranlılar və iş adamlarıyla görüşəcək.

Səfərdən öncə İ.Rəisi keçirdiyi mətbuat konfransında bildirib ki, region ölkələrin başçıları ilə görüşlərin keçirilməsi və iki tərəfli əlaqələrin inkişaf etdirilməsini müzakirə etmək bu səfərin məqsədlərindən biridir: “Dəfələrlə elan etmişik, qonşu ölkələr və region ölkələri ilə əməkdaşlıq etmək bizim üçün prioritet məsələdir. Düşünürük ki, bu əməkdaşlıqlar regionda iqtisadi münasibətlərin inkişafında təsirli ola bilər.”

Qeyd edək ki, İƏT-in 11-ci zirvə toplantısı sabah Türkmənistanda keçiriləcək./APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*