Dünən gecə saatlarında İranın Azərbaycandakı səfirliyi qarşısına bu ölkənin bayrağı rəngdə 3 ədəd aftafa qoyulub.
Bu hadisə ilə bağlı fikirlərini KONKRET.az-la bölüşən tanınmış vəkil Aslan ismayılov bildirib ki, İran səfirliyi qarşısında törədilən tərbiyəsizlik, bu ölkənin dövlət atributlarına hörmətsizlikdən başqa ilk növbədə Azərbaycan dövlətinə qarşı düşmənçilikdir: “Birincisi, heç bir, o cümlədən qonşu dövlətin rəmzlərinə qarşı, bizə düşmən münasibətinə baxmayaraq hörmətsizlik etmək olmaz. Bu, o hərəkəti edənlərin mədəniyyət göstəricisidir. İkincisi, bu addımı atanlar fars hakimiyyətinə İranda yaşayan azərbaycanlılar arasında bizə qarşı düşmən münasibətinin təbliğ etməsinə fürsət verir. Bu isə yolverilməzdir. Bu hərəkətin təxribat olması ehtimalını da yüksək sayıram”.

Aslan İsmayılov əlavə edib ki, müvafiq strukturlar hadisəni hərtərəfli araşdırmalı, belə addımı atanları və onları buna sövq edənləri qısa müddətdə müəyyən edib cəzalandırmalıdır. Bu günə qədər qonşu dövlətlərarası münasibətləri lağ-lağıya çevirmək heç kimə uğur gətirməyib”.
Müşviq Tofiqoğlu
KONKRET.az
