İran Səhiyyə Nazirliyinin sözçüsü İranda koronavirusun Omikron ştammının yayılması ilə bağlı xəbərdarlıq edib.
KONKRET.az xəbər verir ki, Məhəmməd Haşimi “Twitter” hesabındakı paylaşımında ölkədə “Omikron”un yayılması ilə bağlı xəbərdarlıq edərək yazıb: “Omikron olduqca yaxınlaşıb, ehtiyatlı olaq!”.
“Koronavirusun Omikron kimi tanınan şiddətlənmiş növünə ilk yoluxma BƏƏ-də (İmarat) aşkarlanıb. Gigiyena qaydalarına riayət etmək və vaksin vurdurmaq hələ də bu yeni virus növünə qarşı mübarizədə ən yaxşı qalxandır”, – deyə o əlavə edib.
Qeyd edək ki, İranda koronavirusun Omikron növünün yayılması hələ ki aşkarlanmayıb.
Xuraman Etibarlı
KONKRET.az
