İran Səudiyyə Ərəbistanına hücumu inkar edir
KONKRET.az xəbər verir ki, ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Səudiyyə Ərəbistanına hücum hazırlığı ilə bağlı məlumatı təkzib edib.
Kənani İran Xarici İşlər Nazirliyinin internet saytında verdiyi açıqlamada, “İran İslam Respublikası mehriban qonşuluq siyasətinə sadiqdir, qarşılıqlı hörmət əsasında və beynəlxalq hüquq çərçivəsində hərəkət edir” – sözlərini qeyd edib.
O əlavə edib ki, Tehran regionda sabitliyi və təhlükəsizliyi gücləndirməyə çalışır və qonşu ölkələrlə konstruktiv qarşılıqlı fəaliyyəti davam etdirir.
Günel Mikayılova,
KONKRET.az
