İran ölkənin şərqində Əfqanıstana açılan “Doğarun” Sərhəd Qapısını müvəqqəti bağlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Tesnim” agentliyi məlumat yayıb.
Bildirilib ki, Əfqanıstanla sərhəddə İran sərhədçiləri ilə Taliban qüvvələri arasında “Talibanın sərhəddə yol tikintisinə başlaması ilə bağlı” problem yaranıb.
Problemin həlli üçün İran sərhədçiləri ilə Əfqanıstan rəsmiləri arasında danışıqlar başlayıb.
Qeyd edək ki, İran və Əfqanıstan arasında quru nəqliyyatı üçün ən mühüm tranzit məntəqələrindən biri hesab edilən “Doğarun” Sərhəd Qapısı İranın şərqindəki Rezevi Xorasan əyaləti ilə Əfqanıstanın qərbindəki Herat vilayətini birləşdirir.
İqbal Rzayev,
KONKRET.az
