İran təhlükəli oynayır və bu dəfəki təlimlərin hədəfi daha ciddidir – ŞƏRHbackend

İran təhlükəli oynayır və bu dəfəki təlimlərin hədəfi daha ciddidir - ŞƏRH

Ötən il İran itkilərlə nəticələnən iki “səhv” etdi.

– Ukraynaya məxsus Boeing 737-800 sərnişin təyyarəsini vurdu: 176 nəfər həlak oldu;

– Təlimlər zamanı səhvən öz gəmisini vurdu: 19 ölü;

İran quru qoşunları Azərbaycanla sərhəddə növbəti təlimlərə başlayır: artilleriya, PUA-lar, zirehli texnika, radioelektron mübarizə vasitələri, bir sözlə nə qədər desən silah-sursatı sərhəddə toplayıblar. Kimsə zəmanət verə bilərmi ki, təlim zamanı top mərmilərindən biri, yaxud bir neçəsi Azərbaycan sərhədləri daxilinə düşməyəcək?! Öz gəmisini vuran İranın özü belə buna zəmanət verə bilməz və “səhv” təcrübəsindən yola çıxaraq, “üzr”lə yaxasını qurtara bilər

. Əslində belə bir “səhv” İranın dindar kəsim arasında “sionistlərə zərbə” adlı pıçıltılı təbliğata da xidmət edə bilər. İran təhlükəli oynayır və bu dəfəki təlimlərin hədəfi daha ciddidir.

Asif Nərimanlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*