Bu səhər İrandan Tacikistana uçan təyyarəyə Türkmənistan və Azərbaycanın hava məkanından keçmə icazəsi verilməyib.
KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, havaya qalxdıqdan sonra o, marşrutunu davam etdirə bilməyib.
Pilotun sözlərinə görə, təyyarə İrana qayıtmaq məcburiyyətində qalıb.
2 gün əvvəl İrandan Məsqət və Bağdada uçuşlar da ləğv olunub. İran Mülki Aviasiya Təşkilatı bu faktları təsdiqləyib.
Əvvəllər Türkiyə və Omana, eləcə də İranın Gürcüstana bütün uçuşları ləğv edilmişdi.
Azərbaycan Respublikası da növbəti xəbərdarlığa qədər İrana uçuşları rəsmi olaraq dayandırıb.
Xatırladaq ki, ABŞ administrasiyası dünyanın hər yerindəki hava limanlarını İran təyyarələrini qəbul edəcəkləri təqdirdə dollar dövründən çıxarılacaqları ilə hədələyib.
