“İran Türkiyənin bölgədə güclənməsindən narahatdır” – Rusiyalı ekspertdən İLGİNC ŞƏRHbackend

“İran Türkiyənin bölgədə güclənməsindən narahatdır” – Rusiyalı ekspertdən İLGİNC ŞƏRH

Azərbaycan Prezidenti İlham Əliyevin “Anadolu” agentliyinə müsahibəsində İranın sərhəddə keçirdiyi hərbi təlimlərə toxunması beynəlxalq ekspertlərin müzakirə mövzusuna çevrilib. Xatırladaq ki, Əliyev müsahibəsində İranın heç vaxt sərhədə yaxın ərazilərdə hərbi təlimlər keçirmədiyinə, lakin Azərbaycanın öz torpaqlarını işğaldan azad etdikdən sonra belə bir addım atdığına işarə vurmuşdu.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Beynəlxalq Araşdırmalar İnstitutunun Avro-Atlantik Təhlükəsizlik Mərkəzinin aparıcı elmi işçisi Sergey Markedonov prosesləri şərh edərkən İranın açıqlamasının gecikmədiyinə diqqət çəkib. Belə ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xatibzadə açıqlamasında diplomatik etiketə hörmətlə yanaşıb və ölkəsinin Azərbaycanla dost və mehriban qonşuluq münasibətlərində olduğunu adlandırıb. Eyni zamanda rəsmi Tehranın hərbi təlimlər keçirməsini özünün suveren hüququ kimi xarakterizə edib. Xatibzadə Azərbaycanın İsraillə əməkdaşlığını da xatırladaraq İranın bu məsələdəki həssaslığını bir daha diqqətə çatdırıb.

Rusiyalı ekspertin sözlərinə görə, ancaq məsələ tək İsrail deyil: “Rəsmi Bakı İranın Ermənistanla əlaqələrindən və Tehranın sərgilədiyi davranışlardan narazıdır. Azərbaycan hakimiyyəti üçün bu bölgədəki münaqişə bitmiş sayılır. İran isə Azərbaycan tərəfinin Gorus-Qafan avtomobil yolunda qurduğu keçid məntəqəsindən və aldığı yol vergisindən narazıdır. Həmçinin İran Türkiyənin bölgədə güclənməsindən narahatdır”.

Sergey Markedonovun fikrincə həm Bakı, həm də Tehran ziddiyyətlərin dərinləşməsində və  qarşıdurmada maraqlı deyil Tərəflərin bir çox ümumi sosial-iqtisadi maraqları var. Bununla yanaşı regional qeyri-sabitlik iki ölkə üçün əlverişsizdir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*