Bu gün ABŞ və İran arasında Tehranın nüvə proqramı ilə bağlı dolayı danışıqların dördüncü turu keçiriləcək.
KONKRET.az xəbər verir ki, bu barədə “Mehr” məlumat yayıb.
Qeyd edək ki, dünən İran xarici işlər naziri Abbas Araqçi ABŞ-la bərbər Avropa, Rusiya və Çinlə danışıqlar apardıqları bildirib. Tehranın nüvə silahı yaratmağa çalışmadığını söyləyən Abbas Araqçi İranın nüvə zənginləşdirilməsi də daxil olmaqla, nüvədən energetika üçün istifadəsinin müzakirə mövzusu olmadığını vurğulayıb.