İran Zəngəzurda həmişəlik kök salmağa ÇALIŞIRbackend

İran Zəngəzurda həmişəlik kök salmağa ÇALIŞIR

“İran Zəngəzurda həm siyasi, həm də iqtisadi mövcudluğunu qoruyur”.

KONKRET.az xəbər verir ki, bunu “Hraparak” qəzeti məlumat yayıb. Nəşr yazır ki, İran Zəngəzurun bütün sahələrinə maraq göstərir.

“İran Qafanda konsulluq açmaqla yanaşı, həm də iqtisadi mövcudluq yaratmağa çalışır. O cümlədən, yayılan söz-söhbətlərə görə, Qafandakı bazarın sahibi ilə uzunmüddətli icarə müqaviləsi bağlanıb və Qafan Məişət evi də icarəyə götürülüb.

Qafanda hamı bilir ki, Məişət evinin sahibi goruslu, Zəngəzurun keçmiş qubernatoru Edik Barseqyandır (Londik). Ancaq bir gün əvvəl bizimlə söhbətində Barseqyan dedi ki, onun Məişət evi ilə heç bir əlaqəsi yoxdur və heç vaxt da olmayıb.

Lakin məlumata görə,  bina iranlılara icarəyə verilib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*