İrana məxsus tanker partlayışlardan sonra istiqamətini dəyişdiribbackend

İrana məxsus tanker partlayışlardan sonra istiqamətini dəyişdirib

İrana məxsus “Sabiti” tankeri Qırmızı dənizi tərk etmək üçün istiqamətini dəyişdirib.

KONKRET.az Report-a istinadən xəbər verir ki, ancaq İran Milli Tanker Şirkətindən (NİTC) gəminin hazırda sabit olduğu, hərəkət etmədiyi bildirilib. Gəmiyə hər hansı yardım göstərilməyib. Gəmidə yanğının qarşısını almağa müvəffəq olan heyət dənizə neft sızıntısını dayandırsa da, gəmi hərəkətə gələndən sonra sızıntı yenidən başlayıb.

Xatırladaq ki, ötən gecə Qırmızı dənizdə, Səudiyyə Ərəbistanının Ciddə limanından 100 kilomterədək məsafədə ikən “Sabiti” tankerində yarım saatlıq zaman kəsiyində iki partlayış baş verib. NTİC bu partlayışların çox güman ki, raket atəşi nəticəsində baş verdiyini bildirib.

İSNA xəbər verir ki, ekspertlər hadisənin terror hücumu olduğu qənaətindədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*