Yaxın Şərqdə artan gərginlik dünya helium tədarükünün təxminən üçdə birini pozub və bu, MRT aparatlarının işinə təsir göstərə bilər.
KONKRET.az oxuaz-a istinadən xəbər verir ki, Hörmüz boğazının faktiki bağlanması və Qətərin qaz infrastrukturuna endirilən zərbələr heliumun qiymətinin artmasına səbəb olub.
Qətər dünya helium tələbatının təxminən 30%-ni qarşılayır, lakin mövcud vəziyyət fonunda istehsal 14% azaldılıb.
Helium MRT cihazlarında istifadə olunduğundan, tədarükdə yaranan fasilələr, xüsusilə, tibb sahəsinə ciddi təsir edir.
Əsas idxalçılar olan Asiya ölkələri – Cənubi Koreya, Yaponiya, Tayvan və Çin – artan tələbat və qiymətlər səbəbi ilə risk altındadır.
