İranda ABŞ hərbçilərinin “başına qiymət” qoyuldu – 30 min dollar mükafatbackend

İranda ABŞ hərbçilərinin “başına qiymət” qoyuldu – 30 min dollar mükafat

İran ordusunun komandanı Əmir Hatəmi ABŞ hərbçilərinə qarşı mübarizə ilə bağlı diqqətçəkən açıqlama verib.

KONKRET.az WANA-ya istinadən xəbər verir ki, Hatəmi öldürülən və ya əsir götürülən hər bir ABŞ hərbçisi üçün 30 min dollar mükafat vəd edib.

“ABŞ hərbçilərini uğurla əsir götürən və ya öldürən istənilən İran hərbçisi 30 min dollar mükafat alacaq”, – deyə İran ordusunun komandanı bildirib.

Açıqlama ABŞ-İran qarşıdurması fonunda Tehranla Vaşinqton arasında gərginliyin daha da artdığı bir vaxtda səsləndirilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*