İranda ayətullaha sui-qəsdin görüntüləri yayıldı – YENİLƏNİB / VİDEObackend

İranda ayətullaha sui-qəsdin görüntüləri yayıldı - YENİLƏNİB / VİDEO

İranın Dini Ekspertlər Şurasının nümayəndəsi, Zahidanın keçmiş cümə imamı Ayətullah Abbas Əli Süleymaniyə edilən sui-qəsdin video görüntüsü yayılıb. 

KONKRET.az həmin görüntüləri təqdim edir.

12:59

İran Dini Ekspertlər Şurasının üzvü ayətullah Abbas Əli Süleymani Babolsar şəhərində silahlı hücum zamanı öldürülüb.

KONKRET.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə Mazandaran əyaləti siyasi təhlükəsizlik üzrə idarə rəisinin müavini Ruhulla Selaqi məlumat verib.

Onun sözlərinə görə, aprelin 26-da səhər saatlarında ayətullah Süleymaniyə silahlı hücum olub. O, Sistan-Bəlucistan əyalətini Dini Ekspertlər Şurasında təmsil edirdi. Abbas Əli Süleymani əvvəllər İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin Sistan-Bəlucistan üzrə nümayəndəsi olub.

Məlumata görə, hadisə Mazandaran əyalətinin Babolsar şəhərinin Şəhrəbanu meydanı ərazisində baş verib.

Hadisə ilə bağlı araşdırma aparılır.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*