İran hakimiyyəti koronavirus səbəbiylə bölgələr arasında qadağan edilmiş səfərləri bərpa etməyə hazırlaşır.
KONKRET.az İran KİV-nə istinadla xəbər verir ki, bu barədə Prezident Həsən Ruhani bildirib.
Onun sözlərinə görə, aprelin 20-dən əyalətlərarası səfərlərin bərpa olunacağı planlaşdırılır. Ruhani, həmçinin deyib ki, bu bazar günündən etibarən əyalətlər daxilində şəhər və rayonlara səyahət qadağası ləğv edilir.
Modern.az
