İranda müxalifət düşərgəsinin əsas nəşrlərindən biri olan “Amednews”-in redaktoru Ruhullah Zem edam edilib.
KONKRET.az İRNA xəbər agentliyinə istinadən xəbər verir ki, Zem haqqında edam cəzası bu gün səhər icra edilib.
Adı “şüur, mübarizə, demokratiya” kimi tərcümə olunan Amednews xəbər saytı 2016-cı ildə Telegram sosial şəbəkəsi vasitəsi ilə xəbər yaymaqla işə başlayıb.
Qısa müddətdə əsasən İran rejimini tənqid edən mesajlar yayımlayan “Amednews” Telegram kanalının bir milyondan çox abunəçisi olub. Kanal iki il sonra bağlanıb.
Sonra Ruhullah Terr tərəfindən redaktə edilən Sedaimardom (Xalqın Səsi) xəbər saytında işə başlayıb.
2019-cu ilin oktyabrında Zem “dünyaya intriqalar yaymaq” ittihamı ilə həbs olunub və iyun ayında İran İnqilab Məhkəməsi tərəfindən edam cəzasına məhkum edilib.
