İranda güclü zəlzələ oldubackend

İranda güclü zəlzələ oldu

İranın cənubunda yerləşən Fars vilayətinin Xane Zenyan məntəqəsində 5,4 bal gücündə zəlzələ baş verib.

KONKRET.AZ xəbər verir ki, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.

Zəlzələ yerli vaxtla saat 16:58 dəqiqədə 7 km dərinlikdə qeyd alınıb.

İranın Təcili Yardım Təşkilatı hadisə yerinə iki araşdırma qrupunun ezam olunduğunu bildirib.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Qeyd edək ki, ötən il 8 noyabrda İranın Şərqi Azərbaycan vilayətində baş verən 5,9 bal gücündə zəlzələ nəticəsində 5 nəfər həlak olmuş, 700-dən çox insan yaralanmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*