İranda koronavirus yenidən kəskinləşir – Bir gündə 21 ölü, 1096 yeni yoluxmabackend

İranda koronavirus yenidən kəskinləşir - Bir gündə 21 ölü, 1096 yeni yoluxma

İranda bir gün ərzində 1096 yeni koronavirus xəstəsi aşkarlanıb və 21 aktiv xəstə vəfat edib.

KONKRET.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumatına yayıb. Məlumata görə, son 24 saatda 1096 nəfərdə koronavirusa yoluxma halı aşkarlandıqdan sonra ölkədə virusa yoluxanların ümumi sayı 7.214.904 nəfərə çatıb.

Son olaraq 21 nəfərin dünyasını dəyişməsindən sonra isə məlum virusdan dünyasını dəyişənlərin ümumi sayı 140.940 nəfər olub.

Xatırladaq ki, İran Səhiyyə Nazirliyinin elan etdiyi statistik rəqəmlər gerçək rəqəmlərdən dəfələrlə az göstərilir.

Natiq Səlim, 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*