İranda müharibə uzansa, Azərbaycanı hansı çətinliklər gözləyə bilər?backend

İranda müharibə uzansa, Azərbaycanı hansı çətinliklər gözləyə bilər?

İranda baş verən son hərbi-siyasi gərginlik regionda təhlükəsizliklə yanaşı iqtisadi sabitliklə bağlı da narahatlıqları artırıb. Xüsusilə enerji bazarlarında mümkün dalğalanmalar, beynəlxalq ticarət marşrutlarında risklərin artması və qlobal inflyasiya ehtimalları region ölkələrinin maliyyə sisteminə də təsirsiz ötüşməyə bilər. Ekspertlər hesab edir ki, proseslərin hansı istiqamətdə inkişaf etməsi Azərbaycanın bank və maliyyə sektorunda risklərin yaranıb-yaranmayacağını müəyyən edəcək.
Bəs İranda gərginliyin artması Azərbaycanın maliyyə-bank sektoruna hansı təsirləri göstərə bilər?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, İranla bağlı vəziyyətə ssenari yanaşması ilə baxmaq lazımdır.

Xalid Kərimli

Onun sözlərinə görə, münaqişə qısa müddətdə, təxminən 2-3 həftə ərzində yekunlaşarsa, Azərbaycanın maliyyə sektoruna ciddi təsir gözlənilmir:

“Əgər qarşıdurma qısa müddətdə başa çatsa, bank sektoruna əhəmiyyətli təsiri olmayacaq. Lakin müharibə uzunmüddətli olarsa, əsas risk nöqtələrindən biri də Hörmüz boğazı ilə bağlıdır. Bu bölgədə problemlər yaranarsa, qlobal ticarət və enerji daşımalarına təsir göstərə bilər”.

İqtisadçı qeyd edib ki, belə bir vəziyyət qlobal inflyasiyanın artmasına, regiona xarici investisiyaların azalmasına səbəb ola bilər ki, bu da bank sektoruna dolayı təsir göstərər:

“Bankların kredit portfelində turizm və logistika sahəsində fəaliyyət göstərən şirkətlər var. Mövcud gərginlik həmin müştərilərin fəaliyyətində müəyyən çətinliklər yaradar.
Münaqişə uzun müddət davam edərsə, bu həm qlobal, həm də ölkədaxili inflyasiyanın artmasına, iqtisadi aktivliyin zəifləməsinə və investisiyaların azalmasına səbəb ola bilər. Belə bir ssenari isə nəticədə bank sektoru üçün riskləri artırmış olacaq. Amma qarşıdurma qısa müddətdə başa çatsa, ciddi problem gözlənilmir”.

Müşviq Tofiqoğlu
KONKRET.az

  • Xəyal Azəri
    Mart 7, 2026 - 16:55

    Qoy İran parçalanarağ Viran olsun.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*