İranda növbədənkənar prezident seçkiləri üçün qeydiyyat başa çatdıbackend

İranda növbədənkənar prezident seçkiləri üçün qeydiyyat başa çatdı

İran Prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olmasından sonra təyin edilən növbədənkənar prezident seçkisində iştirak etmək üçün namizədlərin qeydiyyatı başa çatıb.

KONKRET.az xəbər verir ki, son gün daha 43 nəfər öz namizədliyini irəli sürüb.

Ümumilikdə isə ərizələrin verilməsi üçün müəyyən edilmiş beşgünlük müddət ərzində seçki qərargahı İran prezidentliyi uğrunda mübarizə aparmaq istəyən 80 nəfəri qeydə alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*