Qəzaya uğramış PUA “Sepah“a məxsusdur – Ekspertlər / YENİLƏNİBbackend

Qəzaya uğramış PUA “Sepah“a məxsusdur - Ekspertlər / YENİLƏNİB

İranın rəsmi məqamları Çaharmahal və Bəxtiyari bölgəsində qəzaya uğrayan dron haqqında hələlik heç bir açıqlama verməyib.

KONKRET.az xəbər verir ki, hərbi ekspertlər PUA-nın “Sepah”a məxsus “Şahid 130” olduğunu iddia edirlər.

Xatırladaq ki, PUA-nın qəzaya uğradığı yerdən xeyli uzaqlıqda hərbi təlimlərin keçirildiyi elan olunub.

Hadisənin bu təlimlə bağlı olub-olmadığı məlum deyil.

11:07

İranda pilotsuz təyyarə qəzaya uğrayıb.

KONKRET.az xəbər verir ki, qəza İranın Çaharmahal və Bəxtiyari əyalətinin Mihə şəhəri yaxınlığında baş verib.

Pilotsuz təyyarənin qəzası ilə bağlı əlavə məlumat verilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*