İranda prezidentin arvadına “Birinci xanım“ deyən nazir danlandıbackend

İranda prezidentin arvadına “Birinci xanım“ deyən nazir danlandı

İran parlamentinin deputatı Mahmud Əhmədibiğəş ölkədə  Nüfuzlu Qadınların I Beynəlxalq Konqresinin keçirilməsini tənqid edib.

KONKRET.az “Shargh”a istinadən xəbər verir ki, o, xarici işlər naziri Hüseyn Əmir-Abdullahianı tənqidlərinin əsas hədəfi seçib.

“Diplomatik xidmətimizin (XİN – red.) rəhbəri öz ləyaqətini tabeliyində olan işçi səviyyəsinə endirib və İslam Respublikası tarixində ən narahatedici davranış olan şeylər deyib”, – deyə deputat qeyzlənib.

M. Əhmədibiğəş Nüfuzlu Qadınların I Beynəlxalq Konfransına toxunaraq XİN rəhbərinin İbrahim Rəisinin həyat yoldaşını “Birinci xanım” kimi təqdim etdiyinə görə danlayıb. Deputatın sözlərinə görə, İranda belə bir rəsmi təsisat yoxdur.//Yenisabah

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*