İranda Qarabağa azadlıq istəyən azərbaycanlı hüquqşünas 16 il cəza aldıbackend

İranda Qarabağa azadlıq istəyən azərbaycanlı hüquqşünas 16 il cəza aldı

İran məhkəməsi Qarabağa görə həbs edilmiş azərbaycanlı hüquqşünası 16 il həbs cəzasına məhkum edib.
KONKRET.az İran mediasına istinadən xəbər verir ki, Ərdəbil şəhərində yaşayan tanınmış hüquqşünas və azərbaycanlı fəal Pərviz Siyabi Gürcani İnqilab Məhkəməsi tərəfindən 16 il həbs cəzasına məhkum edilib.

Ərdəbil İnqilab Məhkəməsi hüquqşünasa qarşı bir neçə ağır ittiham irəli sürərək onun uzun müddətli həbsinə qərar verib.

O, “rejimə qarşı olan media ilə əlaqə saxlamaq və sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində sistemin bütünlüyünə və təməlinə qarşı çıxmaq məqsədilə müsahibələr vermək, həqiqətə uyğun olmayan məlumatlar dərc etməklə İran İslam Respublikasının müqəddəs sisteminə qarşı təbliğat fəaliyyəti aparmaq”da ittiham edilib.

Milli fəala qarşı həmçinin “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə real olmayan qrupları idarə etmək” və “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə qeyri-qanuni qruplara və dəstələrə üzv olmaq”da suçlandırılır.

İran təhlükəsizlik və kəşfiyyat idarəsinin Ərdəbil bölməsinin hesabatına istinadən verilən məhkəmə qərarında Pərviz Siyabinin kiberməkanda və teleqram qruplarında fəaliyyəti, audio fayllar yayması, 24 iyul tarixində Təbrizdə keçirilən etiraz aksiyalarına dəstək verməsini cinayət hesab olunub.

Qərarda o, Abbas Lisaninin başçılıq etdiyi qeyri-qanuni “Güney Azərbaycan” qrupunun üzvü olmaqda ittiham edilib.

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*