İranda sərhəddəki gərginliklə bağlı fövqəladə İCLASbackend

İranda sərhəddəki gərginliklə bağlı fövqəladə İCLAS

İran parlamentinin növbədənkənar iclasında Ermənistan-Azərbaycan sərhədindəki gərginlik müzakirə olunacaq.

KONKRET.az xəbər verir ki, bunu İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Vahid Cəlalzadə deyib.

O bildirib ki, çərşənbə günü Ermənistan və Azərbaycan məsələlərinə dair mühüm və fövqəladə iclas keçiriləcək.

Vahid Cəlalzadənin sözlərinə görə, onlar Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələrdən ciddi narahatdırlar.

“Biz bu məsələni ölkənin yüksək vəzifəli şəxsləri ilə müzakirə etdik. Biz ölkənin Ali Milli Təhlükəsizlik Şurasından, eləcə də Xarici İşlər Nazirliyindən bu məsələlərə ciddi yanaşmalarını xahiş edirik”, – iranlı siyasətçi bildirib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*