İranda sərnişin təyyarəsi məcburi eniş etdibackend

İranda sərnişin təyyarəsi məcburi eniş etdi

İranda “Fokker” tipli sərnişin təyyarəsi texniki nasazlıq səbəbindən Şiraz hava limanına məcburi eniş edib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, İranın paytaxtı Tehrandan Buşehrə getmək üçün havaya qalxan Fokker tipli sərnişin təyyarəsində texniki nasazlıq yaranıb.

İranın Aseman Hava Yollarına məxsus sərnişin təyyarəsi Şiraz hava limanına məcburi eniş edib.

Sərnişinlərin səhhətinin yaxşı olduğu bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*