İrandan 4 ölkəyə təhdid dolu mesaj: “Qırmızı xətti keçsəniz sizi yox edərik”backend

İrandan 4 ölkəyə təhdid dolu mesaj: "Qırmızı xətti keçsəniz sizi yox edərik"

İran İnqilab Keşikçiləri komandiri general Hüseyin Səlami ölkəsində benzinin bahalaşması ilə bağlı etirazlarda ABŞ, İsrail, İngiltərə və Səudiyyə Ərəbistanını günahlandırır.

KONKRET.AZ yerli mediaya istinadla xəbər verir ki, o, açıqlamasında bunları söyləyib:

“Bizi meydanda sınadınız və güclü yumruq yediniz, amma cavab vermədiniz. Qırmızı xətti keçsəniz sizi yox edərik. Ötən həftə İranda rejim tərəfdarları benzinin qiymət artımına etiraz edərək paytaxt Tehranda nümayiş təşkil edildi. Nümayişdə ABŞ, İsrail və Səudiyyə Ərəbistanına qarşı şüarlar səsləndirilib, “fitnəçilər” ittiham edildi”.

Çıxışında İnqilab Keşikçiləri Baş Komandanı Selami benzinin qiymət artımına reaksiyaları “müharibə” və “ssenari” olaraq xarakterizə edib:

“Biz böyük bir beynəlxalq müharibədəyik. Küçələrimizdə başlayan müharibənin ssenarisi beynəlxalq ölçüyə sahibdi. Bu müharibə başa çatdı. Düşmənin heç bir addımını cavabsız və qisassız qoymayacağıq.”

Selami İsrailə “ABŞ-ı gözləməyin, çünki onlar məhv olduqdan sonra sizin köməyinizə gələcəklər” deyib.

ABŞ-ın tətbiq etdiyi sanksiyaların təsiri altında ağır iqtisadi dövrlər yaşayan İran xalqı 15 Noyabrda benzinin qiymətinin üç qat artması ilə bağlı ölkənin bir çox şəhərində etirazlara başlayıblar. Nümayişlərdə bir çox şəhərdə ictimai binalar, banklar, yanacaqdoldurma məntəqələri və bazarlar dağıdılıb.

“Amnesty International” hadisələr zamanı ən az 115 nümayişçinin öldürüldüyünü açıqlayıb.

Hazırladı: Günel MÜSEYİB

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*