İrandan Ermənistana gələn yük maşınları Azərbaycanın keçid məntəqəsindən keçəcək – Koçaryanbackend

İrandan Ermənistana gələn yük maşınları Azərbaycanın keçid məntəqəsindən keçəcək - Koçaryan

Bundan sonra İrandan Ermənistana gedən yük maşınları Azərbaycanın keçid məntəqəsindən keçəcək.

KONKRET.az xəbər verir ki, bu barədə Gorusun vitse-meri Karo Koçaryan Aysor.am-ın erməni nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti keçid məntəqəsinin tikintisini başa çatdırıb. Və hazırda İrandan gələn xeyli sayda yük maşını orada yığılıb.

Vitse-mer onu da qeyd edib ki, Azərbaycan hakimiyyəti avtomobil yanacaqdoldurma məntəqəsinin tikintisinə başlayıb.

Xatırladaq ki, son vaxtlar Ermənistana nəzarətsiz gedən İran yük maşınları Azərbaycanla İran arasında diplomatik qalmaqala səbəb olmuşdu.

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*