İranın avarçəkmə millisinə idmançısı Azərbaycana mühacirət edib.
KONKRET.az-ın İran portallarına istinadən məlumatına görə, avarçəkmə üzrə zəncanlı idmançı və İran millisinin yüksək səviyyəli üzvü Bəhmən Nəsiri Azərbaycan Respublikasına mühacirət etmək qərarına gəlib.
O, ağır çəkidə avarçəkmə üzrə İran çempionu və Xançjou Asiya Oyunlarında ölkəyə medal qazandıracaq əsas ümidlərdən biri idi.
Nəsirini hava limanında yola salmağa gələn avarçəkmə üzrə İran yığmasının üzvləri öz sosial media hesablarında komanda yoldaşı ilə vidalaşaraq, ona uğurlar arzulayıblar. Onlar təəssüfləndiklərini bildirib və İranda qayğı görməyən idmançıların öz ölkəsini və komandasını tərk etməsi ilə bağlı idman rəsmilərinə xəbərdarlıq ediblər.
Bəhmən Nəsiri bundan əvvəl də Azərbaycana mühacirət edib, lakin İranın idman rəsmilərinin ona verdiyi vədlərdən sonra geri qayıtmağa qərar verib. İndi Nəsiri yenidən qərar verərək Azərbaycana yollanıb.
İran rəsmiləri avarçəkmə üzrə zəncanlı çempiona yanğınsöndürmə idarəsində işə qəbulla bağlı söz versələr də, vədlərinə əməl etməmiş və buna görə təcrübəli və istedadlı idmançı ona hər zaman qucaq açan Azərbaycana yenidən üz tutub.
Natiq Səlim,
KONKRET.az
