İranın Azərbaycandakı səfirinin SƏHVİ – VİDEObackend

İranın Azərbaycandakı səfirinin SƏHVİ - VİDEO

İranın Azərbaycandakı səfiri Abbas Musəvi son günlər ölkəmizə qarşı təxribatçı hərəkətləri ilə gündəmdədir. 

KONKRET.az xəbər verir ki, bu barədə Azar İran süjet hazırlayıb. Süjetdə İranın Azərbaycandakı səfiri Abbas Musəvinin əsl siması ortaya qoyulub.

Son dövrlər əsasən İsrailin Azərbaycandakı səfirinə Tvitterdə verdiyi cavablarla gündəmə gələn, bəzən də bu işdə əsəblərini cilovlaya bilməyib əndazəni aşan Musəvi bu günlərdə Azərbaycanın İrandakı səfiri Əli Əlizadənin bir tvitinə öz aləmində cavab verməyə cəhd edib. 

Belə ki, Əli Əlizadə öz səhifəsində qədim Azərbaycan şəhəri Təbrizin gecə görüntüsünü əks etdirən bir şəkil paylaşaraq Azərbaycan, ingilis və fars dillərində yazıb: “Təbrizin gecələri də gözəldir”.

O taylı-bu taylı Azərbaycanda hazırkı ictimai-siyasi atmosfer kontekstində izləyicilərin böyük maraqla qarşıladığı bu status mediada da geniş rezonans doğurub. Bu da görünür, Abbas Musəvini çox narahat edib.

Ertəsi gün İsmayıllının Lahıc qəsəbəsindən bir video paylaşıb və yazıb: “Aləm tən, İran bel”. Yəni dünya bir bədəndir, İran da onun ürəyi.

Bununla da səfir Qafqazda İran mədəniyyətinin və fars dilinin yayıldığına eyham vurur. Musəvi Azərbaycanın İrandakı səfirinə “cavab”ı İran mediasında geniş təqdir olunub.

Daha ətraflı süjetdə:

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*