İranın Azərbaycanla sərhəddə quraşdırdığı foto lövhəsi ETİRAZA SƏBƏB OLDUbackend

İranın Azərbaycanla sərhəddə quraşdırdığı foto lövhəsi ETİRAZA SƏBƏB OLDU

İranın Azərbaycanla olan dövlət sərhədinin yaxınlığında, Araz çayının kənarında İran İslam İnqilabının lideri, mərhum ayətulla Ruhulla Musəvi Xomeyninin rəsminin olduğu böyük bir lövhə quraşdırıb.

KONKRET.az xəbər verir ki, Xudafərin körpüsünün əks tərəfində, təpə yamacındakı lövhənin ölçüsü o qədər böyükdür ki, Xomeyninin rəsmi Azərbaycan ərazisində bir neçə kilometrdən görünür.

Maraqlıdır ki, Xomeyninin rəsmi məqsədyönlü şəkildə və yalnız Azərbaycandan görünə biləcək şəkildə quraşdırılıb.

Xatırladaq ki, Araz çayının şimal bölgələri Ermənistan işğalında saxlanıldığı 30 il ərzində İran tərəfi sərhəd zolağında heç bir bayraq, habelə ayətulla Xomeyni və ya İranın indiki dini lideri ayətulla Xamneyinin rəsmlərini quraşdırmamışdı./savash.org/

Qeyd edək ki, bu məsələ sosial şəbəkələrin Azərbaycan seqmentində müzakirələrə və ciddi narazılığa səbəb olub.

  • Ali
    İyun 17, 2021 - 21:30

    Gorbagor xomeyni farsın kökü kəsilsin bizim əzəli və əbədi düşmənimiz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*