Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Nyu-Yorkda İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahianla görüşüb.
KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, tərəflər İrandan Ermənistana nəqliyyat tranziti problemlərini və onların aradan qaldırılması yollarını müzakirə ediblər. Ararat Mirzoyan iranlı həmkarını Gorus-Qafan yolundakı vəziyyət və alternativlər barədə məlumatlandırıb.
Mirzoyan İranın Ermənistanın ərazi bütövlüyü ilə bağlı mövqeyini yüksək qiymətləndirdiyini deyib.
Müşviq Tofiqoğlu
KONKRET.az
