İran Hava Hücumundan Müdafiə Qüvvələri Natanz bölgəsində partlayışa səbəb olan sınaq atışlarını təsdiqləyib.
KONKRET.az xəbər verir ki, Natanzda raket sistemlərindən biri döyüş hazırlığını qiymətləndirmək üçün sınaqdan keçirilib.
“Narahatlığa heç bir əsas yoxdur”, – məlumatda deyilir.
İRNA-nın məlumatına görə, partlayışın yaxınlıqdakı nüvə obyekti ilə heç bir əlaqəsi yoxdur. Hadisə nəticəsində insan itkisi və dağıntı olmadığı qeyd edilir.I
***
22:35
ranın Natanz nüvə stansiyasında partlayışlar olduğu deyilir.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Natanz nüvə stansiyasının üzərində səmada çox güclü partlayış səsi eşidilib.
Partlayışın gücü yerli sakinlərin evlərinə də zərər vurub
İddia edilir ki, səmada HHM vasitələri vurub.
Məlumat rəsmi olaraq təsdiq və ya təkzib edilməyib.
Xuraman Etibarlı
KONKRET.az
