İranın sabiq Prezidenti Mahmud Əhmədinejad Rusiyanın Ukraynaya qarşı başladığı müharibəyə münasibət bildirib.
KONKRET.az xəbər verir ki, sabiq dövlət başçısı Ukrayna xalqına və Prezident Volodimir Zelenskiyə dəstəyini ifadə edib.
“Sizin şərəfli və demək olar ki, misilsiz müqavimətiniz bəşəriyyətin düşmənlərinin şeytani hiylələrini üzə çıxardı.İnanın ki, böyük İran xalqı bu qəhrəmanlıq əzminə heyrandır və sizin yanınızdadır”.
Xatırladaq ki, Rusiya Ukraynaya qarşı müharibəyə 24 fevralda, sübh çağı başlayıb.
Vəsilə İbrahim
KONKRET.az
