İranın tanınmış din xadimi, müctehid, fəqih, filosof ayətullah Seyid Razi Şirazi vəfat edib.
KONKRET.az İran mediasına istinadən xəbər verir ki, o, 93 yaşında dünyasını dəyişib.
S.R.Şirazi İranın tanınmış üləmalarından hesab olunan Mirzə Şirazinin nəslindəndir. İraqın Nəcəf şəhərində təhsil alıb, fiqh və islam dininin müxtəlif sahələrini araşdırıb.
