İran dövlət mediası iyul ayında İran tərəfindən həyata keçirilən raket və pilotsuz uçuş aparatı hücumlarının bölgədə ABŞ-la əlaqəli obyektlərə vurduğu zərərin nəticələrini əks etdirdiyi iddia olunan peyk görüntülərini yayımlayıb.
KONKRET.az xəbər verir ki, yayılan görüntülərdə aşağıdakı obyektlərin yer aldığı bildirilir:
▪️ İraqın Ərbil şəhərində yaşayış obyekti – ABŞ hərbçiləri və zabitləri tərəfindən istifadə edildiyi bildirilir;
▪️ Suriyanın Həsəkə vilayətində yerləşən Kasrak bazasında ABŞ personalı üçün nəzərdə tutulmuş binalar;
▪️ Küveytdə Bubiyan adasında ABŞ hərbçiləri və zabitlərinin toplaşdığı məkan;
▪️ Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində ABŞ-a məxsus anqar və yanacaq çənləri.
İran dövlət mediasının məlumatına görə, peyk görüntülərində sözügedən obyektlərə iyul ayında endirilən raket və dron zərbələrinin nəticələri əks olunub.\\Musavat.com



