Iran sönmək bilmir, Azərbaycana qarşı nifrətini eybəcər karikaturalarla, yanlış informasiyalarla çatdırır.
KONKRET.az xəbər verir ki, bu gün Ermənistan və İrana bağlı “Miran Press” xəbər kanalı Azərbaycanla bağlı bilərəkdən qərəzli və yanlış informasiyalarla dolu xəritə paylaşıb.
Xəritədə Azərbaycanın adı “Fake Republic of Baku” (Saxta Bakı Respublikası) kimi qeyd edilib, separatçıların yaşadığı Azərbaycan ərazisi isə “Arsax” kimi qeyd olunub.
Xəritənin aşağı hissəsində isə İran, Ermənistan, sonda isə Bakı yazılıb, lakin Bakının qarşısına FR hərfləri də artırılıb. Bu isə FRBakı, yəni saxta Bakı respublikası deməkdir. Azərbaycan adından ümumiyyətlə istifadə edilməyib.
Bu qədər kin, nifrət hardandır islam dövlətində, müsəlman ölkəsində? İrandan hələ hansı “sürpriz”lər olacaq görəsən?!
Həmin xəritəni təqdim edirik:
Xuraman Etibarlı
KONKRET.az


Allahdan İrana lənət diləyirəm.
Təcili tədbir almaq lazımdır.
Bütün dünya bir olub bu şeytan dövləti iranı məhv etməlidir.
Yoxsa terrorun kökü kəsilməyəcək!