İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı, general-mayor Əhməd Vahidi İran silahlı qüvvələrinin altı aylıq döyüşlər zamanı nümayiş etdirdiyi fəaliyyəti yüksək qiymətləndirib.
KONKRET.az xəbər verir ki, Vahidi İran Silahlı Qüvvələrinin hərbçilərinə, polis əməkdaşlarına, qəbilə birləşmələrinə və kəşfiyyat nümayəndələrinə müraciətində onların “mürəkkəb şəraitdə göstərdikləri fəaliyyəti” xüsusi qeyd edib.
O, bildirib ki, İran qüvvələri güclü rəqibə qarşı mübarizə aparmaq qabiliyyətini nümayiş etdirib.
“Siz dünyanın tarixində ən güclü silahlı ordunu diz çökdürdünüz”, – deyə Vahidi vurğulayıb.
Generalın sözlərinə görə, altı ay davam edən döyüşlər “hegemon dövlətlər üzərində nəticədə qələbə qazanmağın mümkünlüyünə dair məzlum xalqların ümidlərini yenidən canlandırıb”.
Vahidinin açıqlaması İranın son aylarda yaşadığı hərbi qarşıdurmanın nəticələrinə dair Tehranın mövqeyini əks etdirir.
Günay Əli
KONKRET.az
