İraq lideri və Bəhreynin Baş naziri Azərbaycan Prezidentini təbrik etdibackend

İraq lideri və Bəhreynin Baş naziri Azərbaycan Prezidentini təbrik etdi

İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

KONKRET.az xəbər verir ki, məktubda deyilir:

“Əs-səlamu aleykum va rahmatullahi va barakatuhu.

Dost Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə böyük məmnuniyyətlə ən səmimi təbriklərimi çatdırıram. Sizə möhkəm cansağlığı və uğurlar, dost xalqınıza davamlı tərəqqi və firavanlıq arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz və xalqlarımız arasında münasibətləri möhkəmləndirmək, birgə əməkdaşlıq əlaqələrini inkişaf etdirmək əzmində olduğumu vurğulayıram”.

Bundan başqa, Bəhreyn Krallığının vəliəhdi və Baş naziri Salman bin Həməd Al Xəlifə də Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

“Zati-aliləri, hörmətli Prezident İlham Əliyev!

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Bəhreyn Krallığının hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizə səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuram. Zati-alinizə cansağlığı və səadət, Azərbaycan Respublikasının dost xalqına davamlı tərəqqi və rifah diləyirəm.

Zati-aliləri, yüksək ehtiramımı qəbul edin”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*